Son Xəbərlər
Suriyanın müxalif Azad Suriya Ordusunun döyüşçüləri Deyr əz-Zora daxil olub.
Azərbaycanın bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq
Suriya hökuməti Prezident Bəşər Əsədin harada olduğunu bilmir. Liderxeber.az
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli
"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
"Hizbullah"ın baş katibi Nəim Qasım deyib ki, İrandan gələn maliyyə
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.
banner

Dövlət Agentliyi: Orqanizmin funksiyasının 100 faiz pozulması həmin şəxsin həyatını itirməsi mənasına gəlmir

29 mar 2024, 14:42
Dövlət Agentliyi: Orqanizmin funksiyasının 100 faiz pozulması həmin şəxsin həyatını itirməsi mənasına gəlmir

Orqanizmin funksiyasının 100% pozulması məsələsinə aydınlıq gətirilib.

LiderXəbər xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamenti müdirinin müavini İlkin Yusifov bildirib. O deyib ki, bu, bəzi insanların düşündüyü kimi həmin şəxsin həyatını itirməsi mənasına gəlmir:

“Ölüm insan orqanizminin bioloji funksiyalarının tam dayanmasıdır. Orqanizmin funksiyasının pozulması dedikdə isə vətəndaşın təhsilalma, əmək, məkanda hərəkət, özünə qulluq qabiliyyətini tam yerinə yetirməsi üçün orqanizminin öz funksiyasını nə dərəcədə yerinə yetirə bilməsi nəzərdə tutulur”.

İlkin Yusifov, həmçinin xatırladıb ki, vətəndaşın bir neçə xəstəliyi olduğu halda onun ayrı-ayrılıqda orqanizm funksiyalarının pozulması (minimum 35% olmaqla) hesablanaraq bunun cəmi əsasında əlillik təyin edilir:

“Köhnə meyarlarda bu, belə deyildi. Vətəndaşın bir neçə xəstəliyi var idisə, bu zaman ancaq ən yüksək patologiya götürülürdü, digərlərini nəzərə almaq mümkün deyildi”.

İxtisaslaşmış tibb müəssisələrinin rəyinin vacibliyi barədə sualı cavablandıran İlkin Yusifov söyləyib ki, qaydalara görə, son 6 ay ərzində davamlı müalicə olunduqdan sonra orqanizmin pozulmuş funksiyaları bərpa olunmadığı halda əlillik üçün göndəriş verilə bilər:

“Buna görə hansı müalicələr aparılıb, nəticəsi nə olubsa, bununla bağlı tibb müəssisələrinin rəyi əsasında epikrizlər tələb olunur”.

Əlillik təyinatından sonra hansı hallarda sürücülük hüququndan məhrum edilmə ilə bağlı məqama aydınlıq gətirən İlkin Yusifov deyib ki, hər kəs sürücülük vəsiqəsi aldığı zaman müayinədən keçir:

“Sürücülüyə əks göstəriş olan diaqnozlar var. Məsələn, epilepsiya, ruhi xəstələr və s. üçün sürücülük vəsiqəsinin verilməsi əks göstərişdir. Əvvəldə də qeyd etdiyim kimi əlilliyin təyinatı zamanı qiymətləndirmə şəxsin iştirakı olmadan elektron qaydada aparılır. Eyni zamanda əlillik alt sistemi əlilliyin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi üçün müxtəlif dövlət strukturlarının elektron bazalarına inteqrasiya olunub. Əgər şəxsin sürücülük vəsiqəsini alması üçün əks göstəriş hesab olunan xəstəlikləri varsa, bu zaman şəxsin diaqnozunun həqiqiliyinə şübhə yaranır və imtina verilir. Bu halda vətəndaş ümumi qaydada agentliyə və ya ərazi tibbi sosial ekspert komissiyasına müraciət edə bilər. Şəxsin real vəziyyəti əlillik səviyyəsinə əsas verirsə, bərpa edirik”.