Son Xəbərlər
"Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma şərti ilə
Bakı şəhər Suraxanı rayonu Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza
Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil,
Ermənistanın Baş naziri Nikol Paşinyan İrana işgüzar səfərə yola düşüb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Əvvəlki dövrdə olduğu kimi, cari ilin 6 ayı ərzində də Səfərbərlik və Hərbi
Ermənistanın Baş naziri Nikol Paşinyan İrana işgüzar səfərə yola düşüb.
İdman və ədəbiyyat sahəsində fəaliyyəti ilə tanınan azərbaycanlı mütəxəssis
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun penaltini “Bismillah”
Dünya çempionatının pley-off mərhələsində günün növbəti matçı keçiriləcək.

Azərbaycanda sığorta məbləğinin ödənilməsində yenilik

03 iyl 2026, 11:06
Azərbaycanda sığorta məbləğinin ödənilməsində yenilik

Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək.

Liderxeber.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qeyd olunur ki, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir.

Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur.

Birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək.

Peşə əmək qabiliyyətinin itirilməsi özündə, eyni zamanda, əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.