Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Acqarına qəhvə içməyin orqanizmə görünməyən mənfi təsirləri açıqlandı

02 iyn 2026, 10:14
Acqarına qəhvə içməyin orqanizmə görünməyən mənfi təsirləri açıqlandı

"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir".

Liderxeber.az xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq İnna Filatova Gazeta.ru nəşrinə açıqlamasında bildirib.

Həkim kofeinin orqanizmə təsirlərini belə izah edib:

"Kofein kortizol səviyyəsini artıra bilər. Bu təsir acqarına qəhvə içərkən, yuxusuzluq, xroniki stres zamanı və yüksək dozalarda özünü daha qabarıq büruzə verir. Müəyyən kateqoriyalı pasiyentlərdə qəhvənin acqarına qəbul edilməsi təşvişi gücləndirə, taxikardiyaya səbəb ola və vegetativ sinir sisteminin işini pisləşdirə bilər. Həmçinin qlutamatergik aktivləşməni artıraraq yuxunun keyfiyyətini poza və dolayısı ilə xroniki stresi daha da şiddətləndirə bilər".

Onun sözlərinə görə, bu cür şəraitdə kofein bədənin stresə qarşı reaksiyasında və homeostazın (orqanizmin daxili sabitliyinin) qorunmasında əsas rol oynayan neyroendokrin sisteminin fəaliyyətini pozur:

"Söhbət hipotalamus-hipofiz-böyrəküstü vəzi oxundan gedir. Bu sistem ətraf mühit dəyişiklikləri, infeksiyalar, iltihab və toxuma zədələnməsi də daxil olmaqla, xarici və daxili stimullara uyğunlaşmanı təmin edir. Kofein isə ona düşən yükü artırır ki, bu da bədəndə mənfi simptomların yaranmasına səbəb olur".

Mütəxəssis əlavə edib ki, kofein miqren, narahatlıq və yuxu pozğunluğu olan xəstələrin də ümumi vəziyyətini daha da pisləşdirə bilər.