Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

25 apr 2025, 18:34
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı

“Azercell”, Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azercell Cup 2025” proqramlaşdırma müsabiqəsinin ilk seçim turu uğurla başa çatıb.

Onlayn formatda keçirilən ilk mərhələdə 4000-ə yaxın 6-7-ci sinif şagirdi iştirak edib. Bunlardan 216-sı növbəti mərhələyə keçid hüququ qazanıb.

Seçim mərhələsinin nəticələri ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://azercellcup.org/competition/115/leaderboard

Müsabiqənin ikinci mərhələsi may ayının 3-ü, final isə iyun ayının 7-si baş tutacaq. Ən yüksək nəticə göstərən 30 iştirakçı üçün bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş xüsusi təlimlər təşkil olunacaq. Təlimlərdə fərqlənən məktəblilər gələcəkdə informatika fənni üzrə milli komandanın üzvü olmaq və ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Azercell Cup” müsabiqəsi 2021-ci ildən keçirilir və əsas məqsədi məktəblilərin rəqəmsal texnologiyalar, proqramlaşdırma, kompüter mühəndisliyi və informatika sahələrinə marağını artırmaq, onların elmi və şəxsi inkişafına töhfə verməkdir.