Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Şəhidin övladları Riyaziyyat Olimpiadasında qızıl və bürünc medal qazandı - Fotolar

23 apr 2025, 16:42
Şəhidin övladları Riyaziyyat Olimpiadasında qızıl və bürünc medal qazandı - Fotolar

Şəhid Əli Ələkbərovun övladları Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasında (TİMO) uğur qazanıblar.

Liderxeber.az xəbər verir ki, olimpiadanın final mərhələsində şəhidin qızı Nazlı Ələkbərzadə və oğlu Əkbər Ələkbərzadə qızıl və bürünc medal əldə ediblər.

N. Ələkbərzadə 18 ölkəni təmsil edən 1 399 iştirakçının mübarizə apardığı final mərhələsində bütün sualları düzgün cavablandıraraq 100 faizlik nəticə göstərib və qızıl medal qazanıb. O, eyni zamanda fərdi göstəricilər üzrə dünya üçüncüsü olub.

Ə. Ələkbərzadə isə final mərhələsində bürünc medal qazanıb.

Qeyd edək ki, şəhid Əli Ələkbərov Vətən müharibəsində Suqovuşanın və Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Göstərdiyi şücaətə görə Prezidentin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.