Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Yazda gücümüzü bərpa edəcək sadə məhsullar - Həkim məsləhəti

23 apr 2025, 11:02
Yazda gücümüzü bərpa edəcək sadə məhsullar - Həkim məsləhəti

Yazda orqanizm mövsüm dəyişikliyinə xüsusilə kəskin reaksiya verir.

Orqanizmi dəstəkləmək və vitamin çatışmazlığından əziyyət çəkməmək üçün qida rasionunu nəzərdən keçirmək lazımdır.

Liderxeber.az xəbər verir ki, bu barədə kp.ru-ya rusiyalı diyetoloq Lyudmila Denisenko yaz menyusunun əsas qaydalarından danışarkən bildirib.

"Qida rasionuna tünd yaşıl rəngli göyərtilər əlavə etmək lazımdır. Onların tərkibində çoxlu vitamin və mikroelementlər var ki, bu da orqanizmin tez bərpa olmasına və enerji yığmasına kömək edir. Beləliklə, günün əsas yeməyi müxtəlif göyərti ilə zəngin olan tərəvəz salatları olmalıdır", - mütəxəssis izah edib.

Denisenko xatırladıb ki, qida rasionuna yaşıl soğan əlavə etmək faydalı olar, çünki o dəmirin orqanizmə daha yaxşı sorulmasına kömək edir. Diyetoloq həmçinin taxıl cücərtməyi də tövsiyə edib ki, onlar A, E, B qrupu vitaminlərinin, həmçinin xrom və litium kimi mikroelementlərin mənbəyidir. Onların çatışmazlığı sinir yorğunluğuna səbəb ola bilər. Bundan əlavə, cücərdilmiş taxılların tərkibində çox miqdarda sink var.

"Yaz aylarında, xüsusilə, dəniz məhsullarına üstünlük verməyi məsləhət görürəm. Dəniz məhsulları hüceyrələrin yaranması üçün əsas material olan zülaldan ibarətdir. Həmçinin yod, Omeqa-3 turşuları qan təzyiqini aşağı salır və qan laxtalanmasının qarşısını alır", - deyə həkim əlavə edib.

Diyetoloq vurğulayıb ki, yazda heyvani məhsullardan tamamilə imtina etməyə dəyməz. Əsas odur ki, qida rasionuna orqanizmi möhkəmləndirəcək qidalar əlavə edəsiniz.