Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Hava şəraiti ilə əlaqədar qatarlarda sürət həddi endirilib

15 apr 2025, 09:16
Hava şəraiti ilə əlaqədar qatarlarda sürət həddi endirilib

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Liderxeber.az-a bildirilib ki, bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edilir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş olunur.