Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Valideyn olanların beyni daha fərqli işləyir

14 apr 2025, 13:08
Valideyn olanların beyni daha fərqli işləyir

Uşaqların olması valideynlərin beyin fəaliyyətini gənc saxlayır. 

Liderxeber.az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.

"Beynin orta və yaşlı dövrlərdə funksiyasına atalığın qoruyucu rolu" adlı araşdırma "Təbiət Elmləri Akademiyasının Əsərləri" jurnalında dərc olunub. Alimlər Britaniya Biobankının beyin skanları və ailə məlumatlarını analiz edərək belə nəticəyə gəliblər ki, valideynlərdə əsas sensor və hərəkət şəbəkələri arasında əlaqə daha güclü olur. Bu əlaqələr adətən yaş artdıqca zəifləyir, lakin uşaqları olan şəxslərdə bu proses daha yavaş gedir.

Mütəxəssislərin qənaətinə görə, bu təsir kumulyativ (toplanan) xarakter daşıyır - yəni uşaqların sayı artdıqca neyron əlaqələr daha da güclənir.

Rutgers Universitetinin Beyin Sağlamlığı İnstitutunun professoru və araşdırmanın aparıcı müəllifi Avraam Holmson bildirib: "Bu nəticələr uşaqların olmasının əsasən stress yaratdığına dair fikri sual altına alır."

O qeyd edib ki, uşaqların tərbiyəsi valideynlərin həyat mühitini zənginləşdirir və bu, beyin sağlamlığı üçün faydalı ola bilər. Söhbət həm fiziki aktivliyin artmasından, həm sosial qarşılıqlı əlaqədən, həm də intellektual stimullaşmadan gedir.

Bununla yanaşı, daha əvvəl ABŞ-nin Corc Meyson Universitetinin alimləri analoji araşdırma apararaq, əks nəticələrə gəliblər. Onlar iddia ediblər ki, hər doğuşdan sonra qadınların telomerləri (xromosomların uclarındakı qoruyucu hissə) qısalır və bu, hüceyrə səviyyəsində qocalmanı sürətləndirir. Bu nəticə isə bəzi tədqiqatçılar və ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.