Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

100 yaşlıların uzun ömrünün sirri: Bir vərdişlə...

14 apr 2025, 11:08
100 yaşlıların uzun ömrünün sirri: Bir vərdişlə...

Dünyanın müxtəlif bölgələrində 100 yaşı çoxdan geridə qoymuş insanlar yaşayır.

Onlar nəinki uzunömürlü, həm də aktiv, pozitiv və aydın düşüncəlidirlər. Məhz bu insanları araşdıran alimlər – xüsusilə də "mavi zonalar" adlanan, uzunömürlülərin sayca çox olduğu regionları tədqiq edən mütəxəssislər – bir ortaq nəticəyə gəlib: onların həyatında bir ortaq vərdiş var ki, hər kəs onu gündəlik həyatına rahatlıqla daxil edə bilər.

Liderxeber.az xəbər verir ki, söhbət hər gün edilən təmiz havada gəzintisindən gedir.

İlk baxışdan çox sadə görünə bilər. Amma məhz bu cür orta səviyyəli fiziki aktivlik, xüsusən də açıq havada insan orqanizmində bir sıra uzunömürlülüklə bağlı prosesləri işə salır:

  • qan təzyiqini normallaşdırır

  • şəkər səviyyəsini aşağı salır

  • iltihabi prosesləri azaldır

  • ürək-damar sistemini gücləndirir

  • hətta idrak qabiliyyətlərini yaxşılaşdırır

Araşdırmalara əsasən, gün ərzində təxminən 30–40 dəqiqəlik rahat piyada gəzinti orqanizmin "daxili həkimini" oyadır: insanın əhvalı yaxşılaşır, yuxusu normallaşır, stress səviyyəsi azalır.

Üstəlik, dünyanın istənilən yerində 100 yaşını adlamış insanların bir ortaq xüsusiyyəti də var: onlar heç vaxt özlərini ağır fiziki məşqlərlə yormurlar. Əvəzində isə daim hərəkətdədirlər – evdə, bağda, küçədə... Bu, onlar üçün vərdiş yox, həyat tərzidir.