Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Mənzillərini qanunsuz artıranların nəzərinə!

14 apr 2025, 10:13
Mənzillərini qanunsuz artıranların nəzərinə!

Köhnə tikililərə, əsasən də ikimərtəbəli binalara qanunsuz artırmalar edilir.

Liderxeber.az məlumat verir ki, Bakının bir çox yerində rast gəlinən bu mənzərə həm təhlükəsizlik, həm də estetik baxımdan problem yaratsa da, diqqətçəkən məqam əlavə artırmaların plana düşən ərazilərdə əsas mübahisə məsələsinə çevrilməsidir.

Bir neçə il əvvələ qədər və çox zaman sənəddə qeyd ediləndən əlavə sonradan artırılan otaqlar da hesablanırdı. Lakin hazırda bu məsələni həll etmək xeyli çətinləşib. Çünki vətəndaş yeni ev verilən zaman artırılan hissənin də hesablanmasını tələb edir. Qarşı tərəf isə çox zaman bununla razılaşmır.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, qanunsuz artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır.

Lakin bəzi tikinti şirkətləri söküntü zamanı əlavə sahələri nəzərə almırlar. Binaların çox hissəsində isə heç bir sənəd yoxdur. Artırmalar sənədsiz həyata keçirilib. Bu səbəblə tikinti şirkətlərinin bəziləri də mövcud sahəyə deyil, sənəddə olan kvadrata uyğun hesablama işi aparır.

Mütəxəssis qeyd edir ki, artırmaların çox olması tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, vətəndaşa daha çox vəsait və ya sahə verməli olur. Buna görə də, belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür.