Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Az qala hamısının krediti var, gündəlik 8 saatdan çox sükanda olurlar

11 apr 2025, 12:04
Az qala hamısının krediti var, gündəlik 8 saatdan çox sükanda olurlar

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında keçirilmiş sosioloji sorğu bir sıra mühüm nəticələri üzə çıxarıb.

Liderxeber.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsubdur.

Başqa sözlə, taksi sürücülərinin əksəriyyəti gənc və orta yaşlı insanlardır.

Taksi sürücülərinin 69.0%-i son 5 ildir bu fəaliyyətlə məşğul olur. Həmçinin onların 54.9%-nin son 3 il ərzində taksi xidməti göstərməyə başlaması bu sahəyə yeni daxil olanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Taksi fəaliyyəti ilə məşğul olanların 19.0%-nin bu sahədə fəaliyyət müddəti 5 ildən 10 ilə qədər, 12.0%-nin 10 ildən yuxarıdır.

Taksi xidməti göstərənlərin əməkdaşlıq etdikləri şirkətlər arasında ilk üçlükdə “Bolt” (75.9%), “Uber” (49.2%) və “Yango” (16.9%) taksi aqreqatorları dayanır.

Taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-i 10 saatdan çox məşğul olur. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.