Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Stresi artıran altı növ məhsul

11 apr 2025, 17:02
Stresi artıran altı növ məhsul

Alkoqol, qızardılmış qidalar, kofein, rafinə edilmiş karbohidratlar, şəkər və duzluluq miqdarı yüksək olan məhsullar kortizol kimi stres hormonlarının ifrazını stimullaşdıra bilər.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ-dən olan diyetoloq Şelli Bolls "WellnessPulse" nəşrinə verdiyi müsahibədə danışıb.

Çoxsaylı araşdırmalar göstərir ki, düzgün olmayan qidalanma ilə stres bir-birinə birbaşa təsir göstərə bilər.

Şelli Bollsun sözlərinə görə, rasionda yüksək şəkər miqdarına malik çoxlu bişmiş məmulatların, çörək və sənaye üsulu ilə hazırlanan şirniyyat və içkilərin olması qanda qlükoza səviyyəsinin artmasına səbəb olur. Qanda şəkər səviyyəsinin qeyri-sabitliyi, bəzi alimlərin fikrincə, qəzəb, narahatlıq və əsəbilik kimi əhvali-ruhiyyə pozuntularına yol aça bilər.

Qlükozanın ilkin yüksəlişindən sonra səviyyənin kəskin şəkildə enməsi enerji çatışmazlığına səbəb olur. Bu da iş qabiliyyətini azaldır, gündəlik vəzifələrin yerinə yetirilməsini çətinləşdirir və nəticədə stres və narahatlığın artmasına gətirib çıxarır.

Diyetoloq onu da əlavə edib ki, qanda şəkər səviyyəsinin dəyişməsinə səbəb olan qidalar eyni zamanda, orqanizmdə iltihab proseslərini də gücləndirə bilər. Hər iki vəziyyət kortizol kimi stres hormonlarının artmasına səbəb olur. Rafinə edilmiş karbohidratlar (ağ çörək, makaron, un məhsulları) və alkoqol iltihab və şəkər dalğalanmalarının əsas səbəbkarları kimi göstərilir.

Orqanizmdə ümumi iltihabi reaksiyalar, həmçinin duzlu, qızardılmış qidaların və kofeinin həddindən artıq istifadəsi zamanı da güclənə bilər. Əvəzində, toyuq və kəsmikdəki yağsız proteinlər, qoz-fındıq və balıqda olan faydalı yağlar, eləcə də liflə zəngin meyvə və tərəvəzlər iltihab əleyhinə təsir göstərərək stresin azaldılmasına kömək edə bilər.