Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı

10 apr 2025, 17:36
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri açıqlanıb.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Aprelin 10-u saat 14:00-da Oğuz rayonunda baş verən yol-qəza hadisəsi nəticəsində xəsarət alan dörd nəfər (qadın cinsli) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Onlardan 1977-ci il təvəllüdlü şəxsə döş qəfəsinin əzilməsi, dirsək və mil sümüklərinin aşağı uclarının müştərək sınıqları, 1987-ci il təvəllüdlü şəxsə bud sümüyünün sınığı, başın açıq yarası, 1982-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarın nahiyəsinin beldən aşağı hissəsinin və çanağın səthi travması səthi travması, 1989-cu il təvəllüdlü şəxsə isə budun əzilməsi, boyunun digər hissələrinin səthi travması diaqnozları qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

1977 və 1987-ci il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra müalicələrinin davam etdirilməsi məqsədilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, 1989-cu il təvəllüdlü şəxs isə Şəki Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

1982-ci il təvəllüdlü şəxsin müalicəsi Oğuz Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində davam etdirilir", - məlumatda qeyd olunub.

Aygün Mirakif

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimlikləri müəyyən olunub.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, qəzada xəsarət alanların hər biri müəllimdir.

Qəzada sürücü və sərnişin olmaqla dörd nəfər xəsarət alıb.

"Mercedes-Benz" markalı avtomobili idarə edən 1989-cu il təvəllüdlü Leyla Rzayeva və sərnişinləri - 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü Nuranə Rüstəmova, 1982-ci il təvəllüdlü Cəmalə İsgəndorova xəsarət alıblar.

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi olub.

Liderxeber.az-ın məlumatına görə, hadisə Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.

Bildirilib ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişinlər xəsarət alıblar.

Məlumata görə, avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Leyla Rzayeva Oğuz rayon Qarabulaq kənd orta məktəbində müəllimədir.

Faktla bağlı araşdırma aparılır.