Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? - Rəsmi açıqlama

10 apr 2025, 12:45
Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? - Rəsmi açıqlama

Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda sıxlıq yaranması və bunun Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatması narazılıq yaradıb.

İddia olunub ki, yaranan sıxlığa səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınmasıdır.

Məsələ ilə bağlı açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bəyan edib ki, vaqonların azaldılması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil, əksinə sözügedən istiqamətdə reyslər artırılıb.

O qeyd edib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların 1 aprel 2025-ci il tarixindən tətbiq edilən hərəkət cədvəli ən optimal qrafikdir.

"İlk dəfə olaraq bu marşrut üzrə iş günləri, şənbə və bazar günləri olmaqla qatarların ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Bundan əvvəlki qrafik iş və qeyri-iş günlərini əhatə edirdi. Şənbə və bazar günləri üçün ayrı qrafiklərin tərtib olunması şənbə günləri qatarla səfərlərə bazar günləri ilə müqayisədə daha çox tələbatın olması ilə əlaqədardır. Ümumiyyətlə, yeni hərəkət cədvəlləri hazırlanarkən sərnişin tələbatı ADY-nin qatar parkının imkanları daxilində maksimum nəzərə alınıb.

Yeni qrafikə əsasən, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, qatarlararası interval azaldılıb", - deyə B.Hacıyev bildirib.

Qurum rəsmisi qeyd edib ki, iş günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya çatdırılıb.

"Bundan əvvəl Sumqayıtdan Xırdalan-Bakı istiqamətində səhər saatlarında, daha dəqiq desək, saat 09-dək beş reys (saat 07:20, 07:35, 07:45, 08:10 və 08:55) var idisə, hazırda altı reys (saat 06:15, 07:20, 07:28, 07:48, 08:12 və 08:55) həyata keçirilir. Bu reyslərin də dördü müasir "Stadler KISS" qatarları ilə (əvvəlki qrafikdə olduğu kimi) icra olunur.

Bu vaxtadək Sumqayıtdan Xırdalan istiqamətində ilk qatar saat 07:20-də çıxıb Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə isə ilk qatar saat 06:15-də çıxaraq Bakıya 06:56-da çatır. Bu da iş vaxtı səhər saat 8-də başlayanlara ən uyğun vaxtdır.

Bundan əvvəl Xırdalandan Bakı istiqamətində səhər saatlarında, daha dəqiq desək, saat 09-dək beş reys (saat 07:39, 07:54, 08:15, 08:29 və 08:40) həyata keçirilirdisə, hazırda doqquz reys (saat 06:34, 06:53, 07:39, 07:51, 08:00, 08:11, 08:22, 08:31 və 08:40) icra olunur.

Xırdalan və Biləcəri sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakıya və əks istiqamətlərdə reys sayının artırılması və daha çox sərnişinin mənzil başına çatdırılması məqsədilə bu istiqamətlərdə hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilib. Ümumilikdə ekspres qatarı Bakı-Xırdalan-Sumqayıt-Bakı xətti üzrə artıq altı vaqondan ibarət olmaqla səhər və axşam saatlarında iki reys həyata keçirir. Bundan əvvəl isə bir reys həyata keçirirdi.

Ümumilikdə isə Sumqayıtdan (həm Xırdalan, həm də Pirşağı istiqamətləri üzrə) Bakıya saat 09-dək 13 reys (əvvəl 11 reys) həyata keçirilir ki, bu da Sumqayıt sakinlərinin daha çox seçim etmək imkanı olduğunu göstərir", - deyə B.Hacıyev vurğulayıb.