Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Qətli törətməzdən əvvəl status paylaşıbmış

04 apr 2025, 17:07
Qətli törətməzdən əvvəl status paylaşıbmış

2023-cü il oktyabrında Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxslərə hökm oxunub.

Liderxeber.az xəbər verir ki, hadisəni törədən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı 10 il 6 ay, onun qohumu və dostu olan Rəşid 10 il 6 ay, hadisənin digər iştirakçısı Hüseyn isə 9 il həbs cəzası alıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, hadisə qisas zəminində baş verib. Belə ki, Mirxəqani Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxslə dalaşaraq ona xəsarət yetirib. Həmin vaxt yeniyetmə olan Böyükxan Mirxəqaniyə qisas hissi bəsləyib və onu öldürməyi planlaşdırıb.

Bu məqsədlə o, dostları ilə plan qurub. Həmçinin Böyükxan cinayəti törətməzdən əvvəl sosial şəbəkədə atasının qisasını alacağı ilə bağlı status paylaşıb. 

“BAXA777” adlı açıq hesabında 19 oktyabrda bir hissəsini təqdim etdiyimiz təhdid dolu paylaşım edib: “Çox yaşa atam. Allah ömrünə ömür qatsın. Cəlilabadın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən. Şərəfsizlər, qeyrətsizlər qədrini bilmədilər. Vaxt o vaxt olacaq ki, ayağına gələn həmin şəxsləri *** elətdirəcəyəm”. 

O, hadisə günü Bakıdan Cəlilabada gedib və dostlarının köməyi ilə Mirxəqaninin olduğu yeri izləyib. Böyükxan Mirxəqani Cəlilabad şəhərində aptekdən çıxarkən ona hücum edərək bıçaqla qətlə yetirib.