Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Ayaqqabılarınızdan pis qoxu gəlir? - Onu aradan qaldırmağın sadə üsulları

04 apr 2025, 11:00
Ayaqqabılarınızdan pis qoxu gəlir? - Onu aradan qaldırmağın sadə üsulları

Gərgin iş, ayaqların tərləməsi və uzun müddət ayaqqabını çıxarmamaq kimi amillər bəzən ayaqqabılardan pis qoxunun gəlməsinə səbəb olur.

Bu qoxunu aradan qaldırmaq üçün bəzi təbii üsullar mövcuddur.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Haber Global"ın dərc etdiyi yazıda bəhs edilib.

Bildirilir ki, sadə, lakin effektiv üsullar vasitəsilə ayaqqabılardakı pis qoxunu tamamilə yox etmək mümkündür:

Limon qabığı - Ayaqqabının içində limon qabığı qoymaq, pis qoxunu özünə çəkir və ətrafa xoş qoxu yayır. Limon qabıqlarını ayaqqabının içində bir gecə saxlamaq kifayətdir. Portağal qabıqları da eyni şəkildə effektiv ola bilər.

Çay paketi - Çay paketləri ayaqqabının içindəki nəmi çəkərək pis qoxunun aradan qaldırılmasına kömək edir. Bunun üçün ayaqqabının içərisinə çay paketi qoyub bir gecə gözləmək lazımdır. Səhər çay paketini çıxarıb qoxunun yox olduğunu görəcəksiniz.

Sirkə - Ağ sirkə asidik strukturu sayəsində qoxuya səbəb olan bakteriyaları öldürərək ayaqqabı qoxusunun aradan qaldırılmasına kömək edir. Bunun üçün bir parçanın üzərinə ağ sirkə tökün, daha sonra ayaqqabının içini bu parça ilə silin və qurumağa qoyun. Bu şəkildə qoxudan xilas ola bilərsiniz.

Soda - Soda ayaqqabılardakı pis qoxudan xilas olmağa kömək edir. Bunun üçün ayaqqabının içərisinə müəyyən miqdarda soda səpib bir neçə saat gözləmək lazımdır.