Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Miqreni dərmansız zərərsizləşdirməyin yolu açıqlandı

04 apr 2025, 10:40
Miqreni dərmansız zərərsizləşdirməyin yolu açıqlandı

Miqren bir çox insanın qarşılaşdığı ən ağrılı və geniş yayılmış problemlərdən biridir.

Bir çoxları bu xəstəliklə dərmanlar vasitəsilə mübarizə aparmağa öyrəşib, amma miqrenlə dərmansız mübarizə aparmaq mümkündür.

Liderxeber.az-ın kp.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə sinir sistemi xəstəliklərinin funksional diaqnostikası üzrə rusiyalı mütəxəssis Yelena Baranova danışıb.

Məlum olub ki, adətən qırışlarla mübarizə üçün istifadə olunan botulinoterapiya miqren zamanı da kömək edir. Nevroloq həkimin sözlərinə görə, botulotoksin başın xüsusi nöqtələrinə yeridilir.

"Bu metod botulotoksinin üçlü və ənsə sinirinin sinir uclarına təsiri əsasında qurulub. Bu sinirlər, üzdə və baş dərisində həssaslıqla yanaşı, beyin qişalarının və damarlarının innervasiyasında (beyinə qan axını və beyin fəaliyyəti) iştirak edir", - deyə həkim izah edib.

Mütəxəssis qeyd edib ki, davamlı profilaktik effekt əldə etmək üçün üç ay intervalla ən azı üç botulinoterapiya proseduru keçmək lazımdır.