Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Valideyn məktəbdə müəllimə bıçaqla xəsarət yetirdi

03 apr 2025, 17:14
Valideyn məktəbdə müəllimə bıçaqla xəsarət yetirdi

Goranboyda orta məktəbdə insident baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə Hazırəhmədli kənd tam orta məktəbinin inzibati binasında qeydə alınıb.

Kənd sakini 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva Hazırəhmədli kənd tam orta məktəbinin binasına daxil olaraq bıçaqla müəllimin əlinə xəsarət yetirib. Həmçinin onun şagirdlərə də xəsarət yetirməyə cəhd etdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupun baş inspektoru Eşqin Qasımov sorğuya cavab olaraq bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan bir nəfər qadın valideynin kəsici-deşici alətlə məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli bilinən Ə.Rzayeva saxlanılıb.

“2-ci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib”.