Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Alimlərdən yenilik: İflic olan insanların fikirlərini oxuyan neyrointerfeys yaradıldı

01 apr 2025, 10:41
Alimlərdən yenilik: İflic olan insanların fikirlərini oxuyan neyrointerfeys yaradıldı

Amerikalı neyrofizioloqlar tam iflic olan insanların fikirlərini oxumaq və onları real vaxt rejimində kompüter ekranında göstərmək və ya neyron şəbəkəsi və dinamiklərdən istifadə edərək minimal gecikmə ilə səsləndirmək qabiliyyətinə malik neyrointerfeys hazırlayıblar.

Bu yenilik xəstələrə itirilmiş nitq qabiliyyətini bərpa etməyə imkan verəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə "Nature Neuroscience" məlumat verib.

"Biz beynin nitq səslərinin formalaşmasına cavabdeh olan bölgələrinin fəaliyyətinin yüksək dəqiqliklə ölçülməsi nəticəsində əldə edilən siqnallardan insan nitqini deşifrə etməyə qadir olan sistem yaratmışıq. Sistemimiz mindən çox sözü bu üsulla minimum gecikmə ilə tanımaq, onları ekranda göstərmək və eyni zamanda, dinamiklərdən istifadə etməklə tələffüz etmək qabiliyyətinə malikdir", - araşdırmada qeyd olunub.

Orta hesabla, bu alqoritm dəqiqədə təxminən 48 sözü deşifrə etməyə qadirdir ki, bu da daha əvvəl əldə edilən nəticədən bir neçə dəfə yüksəkdir. Alimlər ümid edirlər ki, bu, iflic olan insanların başqaları ilə rahat ünsiyyət qurmaq qabiliyyətini bərpa edəcək neyron interfeyslərin inkişafını sürətləndirəcək.