Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Nəyə görə şəkərdən imtina etmək olmaz? - Ekspertdən xəbərdarlıq

01 apr 2025, 11:07
Nəyə görə şəkərdən imtina etmək olmaz? - Ekspertdən xəbərdarlıq

Şəkərdən söhbət gedəndə, bir çoxları hesab edir ki, bu, mütləq zərərli məhsuldur və orqanizmə heç bir faydası yoxdur. Bəs həqiqətdə də belədirmi?

Liderxeber.az-ın gazeta.ru-ya istinadla məlumatına görə, rusiyalı endokrinoloq Olqa Karişeva bu fikri təkzib edib.

Onun sözlərinə görə, şəkər əslində bədənimiz üçün vacibdir, çünki o karbohidratlarla eyniləşdirilə bilər. Karbohidratlar isə bizim əsas enerji mənbəyimizdir.

"Hansı karbohidrat (qrup və növlər kifayət qədərdir) orqanizmimizə daxil olursa olsun, o qaçılmaz olaraq qlükozaya çevrilir. Məhz qlükoza əsas enerji mənbəyidir. Beyin qlükoza ilə qidalanır və digər orqanlarla müqayisədə onu daha çox miqdarda istehlak edir. Sonra isə, necə deyərlər, ehtiyaca görə, orqanların, əzələlərin və orqanizmin digər strukturlarına lazımi diqqət yetirilir", - deyə mütəxəssis əlavə edib.

Eyni zamanda, o vurğulayıb ki, məhz həyati zərurət səbəbindən, çatışmazlıq yarandığı təqdirdə beynimiz "panikaya düşməsin" deyə orqanizmimizdə qanda qlükozanı artıran bir neçə hormon var.

Karbohidratlar hormonların və müxtəlif bədən proseslərinin tərkib hissəsidir. Məsələn, onlar qalxanabənzər vəzinin, reproduktiv sistemin və dəmir daşınmasının işini dəstəkləyir.

Risklər və düzgün balans

Həkim bildirib ki, əsas problem şəkərin özündə yox, onun həddindən artıq istehlakındadır.

"Hər bir "artıq" karbohidrat yağ toxumasına çevrilir, bu da öz növbəsində ateroskleroz, hipertoniya xəstəliyi, infarkt, insult, şəkərli diabet, obstruktiv yuxu apnoesi, oynaq problemləri, erektil disfunksiya və bəzi onkoloji xəstəliklərin yaranma riskini dəfələrlə artırır", - deyə endokrinoloq əlavə edib.

Nə etməliyik?

Mütəxəssis bildirib ki, bunun qaydası sadədir - rasional qidalanma və aktiv həyat tərzi.

"Karbohidratlardan qorxmaq lazım deyil - sadəcə balansı qorumaq vacibdir. Optimal qidalanma nisbəti 1:1:4 olmalıdır: bir hissə zülal, bir hissə yağ və dörd hissə karbohidrat. Fərdi gündəlik kalori normanızı hesablayın, həyatınıza müntəzəm fiziki aktivlik əlavə edin və karbohidratlardan qorxmayın", - deyə Karişeva yekunlaşdırıb.