Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Bəzən kiçik dozada kofein belə yan təsirlər yarada bilər

20 mar 2025, 10:22
Bəzən kiçik dozada kofein belə yan təsirlər yarada bilər

"Kofein dözümsüzlüyünə genetik meyillər səbəb olur. Məsələn, ADORA2A geninin müəyyən variantı olan insanlarda hətta kiçik dozada kofein belə əhəmiyyətli yan təsirlərə gətirib çıxara bilər".

Liderxeber.az-ın xəbərinə görə, bu barədə rusiyalı mütəxəssis, biologiya elmləri namizədi, bioloq Yekaterina Surkova "Gazeta.ru"ya müsahibəsində danışıb.

Kofein beyin qabığında həyəcanlanma proseslərini gücləndirir. Əsas təsirini isə başqa bir maddənin - adenozinin reseptorlarını bloklamaqla göstərir. Normalda bu maddə bədənimizdə təbii olaraq mövcuddur və tormozlayıcı təsir göstərir. Kofein isə beyində və digər orqanlarda adenozin reseptorlarını bloklayır və bu maddənin onlara əlaqə qurmasının qarşısını alır. Nəticədə, rahatlama halının qarşısı alınır, diqqət və reaksiya vermə sürəti artır.

"Əksər insanlar üçün gündəlik təhlükəsiz kofein dozası təxminən üç fincan qəhvədir. Ancaq bəzi insanlarda kofeinə qarşı yüksək həssaslıq müşahidə olunur və artıq bir fincan qəhvə belə onlarda xoşagəlməz simptomlar yarada bilər. Kofeinin metabolizm sürəti və təsirinin dərəcəsi zülallar-fermentlərin işindən asılıdır və onlar da öz növbəsində, insan DNT-sinin ardıcıllığı ilə kodlanıblar. Məsələn, ADORA2A geninin müəyyən variantı olan insanlarda hətta kiçik dozalarda kofein belə əhəmiyyətli yan təsirlər ortaya çıxara bilər, məsələn, əsəbilik, narahatlıq, ürək döyüntüsünün artması, yuxusuzluq. Tədqiqatlar göstərib ki, bu variantı olan insanlar çox zaman az qəhvə içirlər", - deyə Yekaterina Surkova bildirib.

Qəhvə içdikdən sonra yaranan xoşagəlməz simptomlar DNT ardıcıllığının fərdi xüsusiyyəti ilə əlaqələndirilir. Kofein dözümsüzlüyünə genetik meyli bilməklə, qidalanma rejimini yenidən nəzərdən keçirmək mümkündür, çünki kofein təkcə qəhvədə deyil, bir sıra digər qida və içkilərin - çay, enerji içkiləri, tünd şokolad, bəzi qazlı içkilər, matça və bəzi dərman preparatlarının tərkibində də var.