Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Dişlər üçün ən faydalı məhsullar açıqlandı

14 mar 2025, 11:04
Dişlər üçün ən faydalı məhsullar açıqlandı

"Dişlərin sağlamlığı təkcə ağız boşluğunun gigiyenasından deyil, həm də qidalanmadan asılıdır".

Liderxeber.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı ortodont həkim Viktoriya Radkon danışıb.

O, hansı mikroelementlərin və məhsulların möhkəm dişləri qorumağa kömək edəcəyini söyləyib.

"Kalsium - diş minası üçün əsas tikinti materialıdır, o dentini (dişin minerallaşmış sərt toxuması) möhkəmləndirir və dişlərin dağılmasının qarşısını alır. Ftor və fosforla birlikdə bu element minanı kariyesə qarşı daha davamlı edir. Süd məhsulları, xüsusilə bərk pendirlər, həmçinin balıq və qoz-fındıq kalsiumla zəngindir. Kalsiumun mənimsənilməsinə cavabdeh olan "K" vitamini isə ispanaq, soya və kartofdan əldə edilə bilər", - deyə Radko qeyd edib.

Həkimin sözlərinə görə, diş ətinin sağlamlığı üçün mübadilə proseslərini stimullaşdıran və iltihabın qarşısını alan "C" vitamini lazımdır. Bu vitamin sitrus meyvələrində, çiyələkdə və şirin bibərdə çoxdur. Lakin həkim xəbərdarlıq edir ki, yüksək turşuluğa malik meyvələr minanı nazikləşdirə bilər, buna görə də, onları yedikdən sonra ağzı su ilə yaxalamaq lazımdır.

"Dəmir və "B12" vitamini ağız boşluğunun selikli qişasının sağlamlığını qoruyur, xora və iltihabın qarşısını alır. Bu elementlər ətdə bol miqdarda var. Bundan əlavə, elə məhsullar var ki, dişləri mexaniki olaraq təmizləyir, tüpürcək ifrazına kömək edir və diş ətində qan dövranını yaxşılaşdırır. Alma, yerkökü, turp və kərəviz nəinki orqanizmi vitaminlərlə zənginləşdirir, həm də dişlər üçün təbii fırça kimi işləyir", - deyə Radko əlavə edib.

Mütəxəssis xatırladır ki, düzgün qidalanma mütəmadi ağız boşluğu gigiyenası ilə birlikdə dişləri sağlam saxlamağın və stomatoloji problemlərin qarşısını almağın ən yaxşı yoludur.