Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır

13 mar 2025, 09:10
Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır

Sertifikasiyadan keçməyən taksi sürücüləri sistemdən çıxarılır.

Liderxeber.az məlumat verir ki, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər bildiriblər ki, sözügedən məsələ ilə bağlı xeyli şəxs işdən çıxarılıb.

Adıçəkilən taksi şirkətindən "Xəzər Xəbər"ə bildrilib ki, buna səbəb həmin sürücülərin təlim sertifikatlarında uyğunsuzluqların aşkarlanmasıdır.

Lakin sertfikasiyadan keçən sürücülər də vəziyyətdən narazıdırlar. Qoyulan qaydalarla işləyən taksilərdə qiymətlərin artacağını düşünən sürücülərin bu gözləntiləri özünü doğrultmayıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd olunan uyğunsuzluqlarla bağlı sürücülərə yox, şirkətlərə xəbərdarlıq edilir. Tələbə görə, taksi sifarişi operatorları icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər.

Bunu edən taksi operatorları üçün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr nəzərdə tutulub. Həmçinin qeyd edilib ki, bu günə kimi 40 minə yaxın taksi sürücüsü təlimə cəlb olunub.