Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Xurmada Təhlükə: fikir vermədən iştahla yeyirik

09 mar 2025, 09:55
Xurmada Təhlükə: fikir vermədən iştahla yeyirik

Ramazan ayında süfrələrin əvəzolunmaz meyvəsi olan xurmaya tələbat artır.

Lakin bəzi hallarda şəkər miqdarı aşağı olan xurmalar dadlandırmaq üçün glükoza şərbətinə batırılır ki, bu da sağlamlıq üçün təhlükə yarada bilər.

Diyetoloqlar glükoza şərbətinə batırılan xurmalarda parlaq görünüş və yapışqanlıq müşahidə olunduğunu bildirir.

Xurmanın mat rəngdə olması, yapışqan olmaması və parçalandıqda lif-lif ayrılmasının daha təhlükəsiz olduğunu qeyd edilir. Ekspertlər qablaşdırılmış xurmaların daha etibarlı olduğunu və açıqda satılan məhsulların etibarlı yerlərdən alınmasını tövsiyə edir.

Həkimlər isə glükoza şərbətinin yüksək kalori və karbohidrat tərkibinə malik olduğunu, bunun da ani insulin yüksəlişlərinə səbəb olduğunu vurğulayır.

Bu vəziyyət uzun müddətdə insulin müqavimətinə, piylənməyə və qaraciyər yağlanmasına yol aça bilər. Eyni zamanda, glükoza şərbətinin hipertoniya və ürək-damar xəstəliklərinə təkan və dolaylı olaraq kanserojenik təsir göstərə biləcəyini qeyd edilir.

Tövsiyələr:

Xurma seçimi: Mat rəngli, yapışqan olmayan və lif-lif ayrılan xurmaları seçin.

Qablaşdırma: Qablaşdırılmış məhsullara üstünlük verin və etibarlı yerlərdən alış-veriş edin.

Etiket oxuma: Məhsulun tərkibini diqqətlə oxuyun və glükoza şərbəti kimi əlavə maddələrdən qaçının.