Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Ombudsman: Qaçqın həyatı yaşamış azərbaycanlıların hüquqlarının bərpası üçün geniş işlər görülüb

07 mar 2025, 11:41
Ombudsman: Qaçqın həyatı yaşamış azərbaycanlıların hüquqlarının bərpası üçün geniş işlər görülüb

Azərbaycanlılara qarşı Ermənistanın uzun illərdir həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində yüz minlərlə insanın pozulmuş hüquqlarının bərpası beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmət baxımından böyük önəm daşıyır.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzənin təqdimatı zamanı deyib.

Ombudsman qeyd edib ki, müxtəlif vaxtlarda əzəli torpaqlarından zorla qovularaq qaçqın həyatı yaşamağa məcbur olmuş azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində Ombudsman tərəfindən geniş fəaliyyət həyata keçirilib, müvafiq beynəlxalq təşkilatlar qarşısında bu məsələ davamlı olaraq qaldırılıb:

"Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra Ermənistanın insan hüquqlarına ciddi təhdid yaradan mina terroru haqqında məlumat Ombudsman tərəfindən il ərzində dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb, bəzi beynəlxalq təşkilatların həmin çağırışlara laqeyd münasibəti ölkəmizə qarşı ikili standartların açıq təzahürü kimi qiymətləndirilib".