Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

Almaniyada bu qadağan edilib

19 sen 2023, 17:55
Almaniyada bu qadağan edilib

Almaniyanın Daxili İşlər Nazirliyi “Hammerskins Germany” adlı irqçi neonasist qrupun fəaliyyətini qadağan edib.

Bu barədə “Nachrichten.at” məlumat yayıb.

Bildirilib ki, ifrat sağ yönümlü “Hammerskins” və ona dəstək verən “Crew 38” adlı qruplar Almaniya Konstitusiyasına qarşı çıxış etdikləri üçün fəaliyyətləri qadağan edilib.

Məlumata görə, sentyabrın 19-da Almaniyanın 10 əyalətində 28 yaşayış məntəqəsində qrupun mərkəzlərində əməliyyat keçirilib, onların mallarına həbs qoyulub.

Daxili işlər naziri Nensi Faeser qadağa ilə bağlı deyib ki, bu, mütəşəkkil ifrat sağçılığa ağır zərbədir: “Bununla Almaniyada beynəlxalq səviyyədə fəaliyyət göstərən neonasist dərnəyinin insanlığa zidd fəaliyyətinə son qoyduq. Biz bunu etməklə irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərdik”.

Nazir ifratçı sağ qurumları məhv etmək məqsədilə qətiyyətlə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb. O, qadağaya hazırlığın bir il aparıldığını qeyd edərək bu istiqamətdə dəstəyə görə ABŞ rəhbərliyinə təşəkkürünü bildirib.

Məlumata əsasən, Almaniyada təxminən 130 üzvü olduğu deyilən "Hammerskins Germany" 1988-ci ildə ABŞ-da qurulan "Hammerskins Nation" təşkilatının davamıdır. Qrup Almaniyada konsert tədbirləri təşkil etməklə ifrat sağçı təbliğatı aparır. Bu qrupun fəaliyyətinin dayandırılması ilə Almaniya Daxili İşlər Nazirliyinin ölkə üzrə qadağan etdiyi irqçi təşkilatların sayı 20-yə yüksəlib.