Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

“Bakı Metropoliteni”ndən yayılan görüntülərlə bağlı açıqlama

05 fev 2025, 17:40
“Bakı Metropoliteni”ndən yayılan görüntülərlə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Bakı metrosunda qatarlardan birinin təhlükəsizlik kameralarının birində su sızmasını əks etdirən görüntülər yayılıb.

Mövzuyla bağlı "Bakı Metropoliteni" QSC-dən Liderxeber.az-a verilən açıqlamanı sizə təqdim edirik:

"Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb. 

Həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub. Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib. İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib".