Son Xəbərlər
Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən
Türkiyə Respublikasının “TÜRKKEP” şirkətinin rəhbər şəxsləri və Slovakiya
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Bakı metrosunda qatarlardan
Qulaqlarda küy (tinnitus) - cingilti, uğultu, fit və ya xışıltı şəklində özünü
Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.
Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında
Bu gün dünya bazarında qızılın 1 unsiyasının qiyməti 2 900 ABŞ dollarını
"Qusar Rayon Mərkəzi Xəstəxanası" Publik PHŞ tərəfindən işçinin əmək
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna Azərbaycan
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş verən dağıdıcı zəlzələnin
banner

Qusar Rayon Mərkəzi Xəstəxanası və onun rəhbərliyi ümumilikdə 23 min manat cərimələnib

05 fev 2025, 15:34
Qusar Rayon Mərkəzi Xəstəxanası və onun rəhbərliyi ümumilikdə 23 min manat cərimələnib

"Qusar Rayon Mərkəzi Xəstəxanası" Publik PHŞ tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Liderxeber.az-a Qusar rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda, PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.