Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Müvafiq qanunvericiliyə Azərbaycan işarət dili anlayışı əlavə edilir

05 fev 2025, 15:22
Müvafiq qanunvericiliyə Azərbaycan işarət dili anlayışı əlavə edilir

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna Azərbaycan işarət dili anlayışı əlavə edilir.

Liderxeber.az xəbər verir ki, bununla əlaqədar təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

Dəyişiklik barədə danışan komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu, tamamilə yeni mexanizmdir:

"Azərbaycan işarət dilinin tətbiqi beynəlxalq konvensiyalara uyğundur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, televiziya verilişlərində də işarət dilinin istifadəsi nəzərdə tutulur. Bu, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin asanlaşması, onların hüquqlarının təmin edilməsi baxımından vacib addımdır".