Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi

05 fev 2025, 08:35
Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi

Fevralın 4-nə keçən gecə Yaponiyanın şimalına rekord miqdarda qar yağıb. Pis hava şəraiti xüsusən Hokkaydo prefekturasının bəzi ərazilərinə təsir edib.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "RBC.ua" nəşri məlumat verib.

Məlumata görə, Hokkaydo prefekturasının Tokaçi dairəsinin Obihiro şəhərinə 12 saat ərzində 120 sm-dən çox qar düşüb və rekord göstərici olub. Yaponiyanın özəl hava proqnozu şirkəti olan "Weathernews Inc"in məlumatına görə, bu hündürlükdə qar sonuncu dəfə 1972-ci ildə yağıb.

Kyusyu bölgəsinin bəzi ərazilərində havanın temperaturu artıq mənfi 12 dərəcədən aşağı düşüb.

Yaponiyanın bəzi yerlərində qar fırtınası və tufan gözlənilir, meteorologiya idarəsi həm sakinlərə, həm də ölkənin qonaqlarına güclü qar, çovğun və yüksək dalğalar barədə xəbərdarlıq edib.

Pis hava şəraiti nəticəsində elektrik enerjisi kəsilmələri, ağacların aşması və uçqun kimi hallar baş verə bilər. Həmçinin insanlara ildırım çaxması və tornado təhlükəsi barədə xəbərdarlıq edilib. Xəbərdarlıqda bəzi ərazilərdə qeyri-sabit hava şəraitinin daha da kəskinləşəcəyinin gözlənildiyi bildirilib.

Eyni zamanda Yaponiyanın ən böyük aviaşirkətləri "All Nippon Airways" və "Japan Airlines" şirkətləri müvafiq olaraq 34 və 29 daxili reysi ləğv etdiklərini (təxminən 5.800 nəfərə təsir göstərəcək - red.) açıqlayıblar.

Bundan əlavə, Hokkaydonun 44 bölgəsində 379 dövlət ibtidai və orta məktəbi müvəqqəti olaraq bağlanıb.