Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?

30 yan 2025, 10:50
Azərbaycanda yeni hava limanı tikilir: İşlər nə yerdədir?

Azərbaycanda yeni hava limanı tikilir.

Liderxeber.az Xəzər TV-yə istinadən məlumat verir ki, Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı tək yükdaşıma kimi deyil, həmçinin sərnişindaşıma və biznes aviasiya terminalı kimi fəaliyyət göstərəcək.

İqtisadi zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov "Xəzər Xəbər"ə müsahibəsində deyib ki, 750 hektar ərazini əhatə edəcək hava limanının tikilməsində məqsəd həm də Azərbaycanı aviasiya habına çevirməkdir. Hava limanı gələn il təhvil veriləcək.

Bir il 7 ay əvvəl birinci mərhələsinin açılışı olan Ələt Azad İqtisadi Zonasında artıq bir neçə şirkət də inşaat işlərinə başlayıb. Bu il iki böyük müəssisə fəaliyyətə başlayacaq.

V.Ələsgərov qeyd edib ki, iqtisadi zonada həmçinin 200 min ton alüminium istehsal edən müəssisə tikiləcək. Burada 1 300-1 400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək ki, burada da 800-dən çox iş yeri olacaq.