Son Xəbərlər
Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Fövqəladə Hallar
Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı
2024-cü il yanvarın 1-nə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL)
Bu gün ölkə səhiyyəsində öz nüfuzu və uğurları ilə seçilən səhiyyə
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin
Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində iştirak edib. Liderxeber.az
2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen apreldə
banner

Azərbaycanın dövlət borcu açıqlanıb

28 yan 2025, 13:58
Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9 %-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8 %-i qədər olub.

Liderxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4 % azalıb, daxili dövlət borcu isə 17,6 % artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.

Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2 % çoxdur.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib.

Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.

Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.