Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

28 yan 2025, 11:07
Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan su anbarıdır.

Menecer qeyd edib ki, Türkiyə şirkətləri müharibənin izlərini silmək və bölgənin Azərbaycanla iqtisadi inteqrasiyanı təmin etmək üçün həyata keçirilən layihələrə öz töhfələrini verir: “Bu çərçivədə "Cengiz İnşaat" Füzulidən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib, ümumilikdə 3 strateji layihəyə töhfə verib. Azərbaycanda belə layihələr həyata keçirməyə və onun inkişafına töhfə verməyə davam edəcəyik”.

Xatırladaq ki, Zabuxçay su anbarının həcmi 27 milyon kubmetrdir. Anbardan çıxacaq magistral suvarma kanalının suburaxma qabiliyyəti saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.