Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycan mehmanxanalarının gəlirləri 42 % artıb

27 yan 2025, 13:00
Azərbaycan mehmanxanalarının gəlirləri 42 % artıb

2024-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü illə müqayisədə 42 % artaraq 694,2 milyon manat olub.

Liderxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun 65,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24,5 %-i ictimai iaşə xidmətlərindən, 2,5 %-i müalicə və sağlamlıq xidmətlərindən, 7,5 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24 % olub (əvvəlki il 20,1 %). Bu göstərici Şabranda 62,9 %, Naftalanda 46,1 %, Bakıda 39,3 %, Qusarda 27 %, Sabirabadda 23,7 %, Qəbələdə 23,5 %, Qubada 22,2 %, Ağstafada 19,2 %, Ağcabədidə 17,6 %, Beyləqanda 17,5 %, Şamaxıda 17,4 %, Lənkəranda 17,3 %, digər şəhər və rayonlarda isə 17,3 %-dən aşağı olub.