Son Xəbərlər
Yanvarın 24-də Azərbaycan Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət
Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal
Hesablama Palatası ı "Bakı Metropoliteni" QSC-də həyata keçirdiyi
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
Keçən il qadınlarla bağlı törədilən cinayətlərin ümumi sayında 47 fakt azalma
Siyəzən rayonuna yeni prokuror təyin edilib. Liderxrber.az xəbər verir ki, bu
“Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla təmasa
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti xüsusi
banner

Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin "qara qutusu"nda internetə "sızdırılandan"dan daha çox məlumat var

24 yan 2025, 13:38
Qazaxıstan Baş nazirinin müavini: AZAL təyyarəsinin "qara qutusu"nda internetə "sızdırılandan"dan daha çox məlumat var

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğayan AZAL-a məxsus təyyarənin "qara qutusu"nun oxunmuş məlumatlarının internetə sızmasını şərh edib.

Liderxeber.az xəbər verir ki, Baş nazirin müavini mətbuat konfransında bildirib ki, “qara qutu”ların oxunmasında Qazaxıstan, Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertlər iştirak ediblər.

"Hamı bərabər çıxışa malik olub. Mən internetə sızdırılmış danışıqları dinlədim - mənə elə gəlir ki, bu daha çox yerüstü danışıqlar, yerlə danışıqlar idi. Mən orada ekipaj üzvlərinin danışıqlarını eşitmədim. “Qara qutu”da kapitan, pilot və ekipaj üzvlərinin apardığı bütün danışıqlar var. Buna əsasən başa düşdüm ki, bu, bizim istintaq qrupundan sızma deyil", - Baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, internetdə dərc olunan stenoqramlar “qara qutu”ların məzmunundan fərqlənir.

"İnternetdə kiminsə nəsə dərc etməsi bunun həqiqət olduğu anlamına gəlmir. Dərc olunan materialda böyük fərqlər var. Buna görə də rəsmi mənbələrin məlumatlarını gözləyin", - K.Bozumbayev vurğulayıb.

Baş nazirin müavininin sözlərinə görə, təyyarənin “qara qutu”ları hazırda istintaq qrupundadır.

"Təyyarənin qalıqları Aktaudakı anqardadır, müvafiq beynəlxalq ekspertlər tərəfindən yoxlanılıb və onlar öz rəylərini verəcəklər. Oxunmuş materiallar məhz aviasiya hadisəsini araşdıran başqa bir qrupdadır: nə baş verib, nə vaxt baş verib, ekipaj özünü necə aparıb, peşəkar və ya qeyri-peşəkar, yerdən hansı əmrlər verilib. Düşünürəm ki, sonradan bu materialların açıqlanması bir çox uydurmaya son qoyacaq", - K.Bozumbayev bildirib.