Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Beyni zədələyən alkoqollu içkilər: Rusiyalı həkimdən XƏBƏRDARLIQ

23 yan 2025, 09:05
Beyni zədələyən alkoqollu içkilər: Rusiyalı həkimdən XƏBƏRDARLIQ

Alkoqol beyin hüceyrələrini zədələyir və onun fəaliyyətinə mənfi təsir göstərir.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə rusiyalı həkim, diyetoloq və nutrisioloq Yevgeni Arzamastsev "Moskva 24" telekanalına müsahibəsində danışıb.

Mütəxəssis xəbərdarlıq edib ki, spirtli içkilər beyni ciddi şəkildə zədələyir və bununla yanaşı, bütün orqanizmə də mənfi təsir göstərir.

"Alkoqol periodik olaraq içilərsə, bu, zehni qabiliyyətlərin azalmasına və yaddaşın pisləşməsinə səbəb ola bilər", - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, alkoqoldan həddindən artıq istifadə qaraciyər sirrozu və ensefalopatiya - beyin funksiyasının pozulması ilə nəticələnə bilər. Həkim vurğulayıb ki, bu halda insan tez və düzgün düşünə bilməz, reallığı düzgün dərk etməz.

Beyni dəstəkləmək üçün mütəxəssis təzə sıxılmış meyvə və tərəvəz şirələri içməyi tövsiyə edib. Çünki onların tərkibində çoxlu vitamin və antioksidantlar var.

Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, beyin qocalmağa meyillidir və şirələrdən alınan maddələr onu mənfi təsirlərdən qorumağa kömək edəcək.