Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Hava yolunda "meyit bazarı" var? - Rüsumları bəlli olmayan daşıma xidməti...

21 yan 2025, 14:40
Hava yolunda "meyit bazarı" var? - Rüsumları bəlli olmayan daşıma xidməti...

Azərbaycan vətəndaşı Türkiyədə vəfat edən yaxınını ölkəmizə gətirmək üçün ondan yeddi min ABŞ dolları tələb edildiyi ilə bağlı paylaşım edib.

Paylaşıma şərh yazan vətəndaşların hər biri yaxınlarının meyitlərini müxtəlif qiymətlərə ölkəyə gətirdiklərini qeyd ediblər. Bəs görəsən, başqa ölkədə vəfat etmiş birinin meyitini ölkəmizə gətirmək üçün rüsum varmı? Bu rüsumlar nəyə əsasən təyin olunur? Ölkədən-ölkəyə fərq varmı, yoxsa qiymət stabildir?

AZAL-ın Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov sorğuya cavab olaraq qeyd edib ki, aviaşirkətlərin cənazə daşınması üçün məsafələr üzrə öz rüsumları var:

"Qlobal müstəvidə fəaliyyət göstərən bir çox aviaşirkətlər kimi, Azərbaycan Hava Yolları (AZAL) da cənazələrin daşınması prosesini həyata keçirir.

Cənazələrin daşınması zamanı uçuş məsafəsi və istiqamət nəzərə alınmaqla ölkələr üzrə fərqli rüsumlar tətbiq olunur (bəzi hallarda dövlət rüsumları daxil olmaqla). Cənazənin daşınması üçün ilkin mərhələdə AZAL-a müraciət olunmalıdır. Müraciət daxil olduqdan sonra daşınma prosesi AZAL-ın müvafiq ölkədə fəaliyyət göstərən yük agentinə yönləndirilir. Mümkün olduğu halda həmin gün ərzində cənazə ölkədən təyinat nöqtəsinə göndərilir.

Cənazənin daşınması üçün aşağıdakı sənədlər yük agentinə təqdim olunmalıdır:

- Ölüm haqqında tibbi şəhadətnamə;

- Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilən arayış ("Embalming Certificate");

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə səfirlik tərəfindən yazılmış məktub;

- Vəfat edənin ləğv olunmuş pasportu;

- AZAL-a ünvanlanmış məktub".

Qonşu ölkələr üzrə qiymətlərin neçə olduğunu öyrənmək üçün AZAL-ın çat xidmətinə yazsaq da, hazırda belə servisin olmadığı qeyd edilib.