Son Xəbərlər
ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi başa çatıb. Liderxeber.az xəbər
Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində Brüsseli
Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan
Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard
Böyük Britaniyanın məşhur "GiveMeSport" nəşri tarixin ən zəngin
Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq ildən-ilə güclənir,
Kanadanın baş naziri postuna namizəd, ukraynaəsilli Xristya Friland rəsmi
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Baş nazirin müavinləri
İranın xarici işlər naziri Abbas Əraqçi vaxt çatışmazlığından Nyu-Yorka səfər
banner

Ekspert: AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib?

20 yan 2025, 17:12
Ekspert: AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib?

Ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi birmənalı olaraq Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən vurulub.

Bu gün birgə araşdırmanın əsas suallarından biri budur ki, mülki təyyarəyə atəş açmaq qərarını kim verib və təyyarəni pilotsuz uçuş aparatı ilə necə səhv salmaq olardı?

Bunu Liderxeber.az-a müsahibəsində Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.

Kaliyev qeyd edib ki, hadisənin özü ilə bağlı araşdırma çox vaxt aparacaq, amma çox yaxında ilkin nəticələr açıqlanacaq. “Azərbaycan və Rusiya tərəfi prosesdə fəal iştirak edirlər. Qazaxıstanın vəzifəsi təhqiqatı koordinasiya etmək və qəzaya uğramış təyyarənin gövdəsinin bütün elementlərinin təhlükəsizliyini təmin etməkdir”, - o bildirib.

O xatırladıb ki, Rusiya təyyarənin HHM sistemi ilə vurulmasını inkar etmir. “Təyyarə vurulub, istənmədən olsa belə. Aydındır ki, heç bir bədxah niyyət olmayıb. Sual budur ki, kim mülki təyyarəni PUA-dan ayıra bilməyib və kim sərnişin təyyarəsinə atəş açmaq əmrini verib”, - agentliyin mənbəsi bildirib.

“Qazaxıstan Aktau yaxınlığında baş vermiş aviaqəzanın təhqiqatını aparan beynəlxalq dövlət komissiyasının rəhbəri kimi özünü ən peşəkar şəkildə və düzgün formada aparır. Bu, onun qərəzsizliyində və həyata keçirilən bütün fəaliyyətlərin şəffaflığında özünü göstərir”, - Kaliyev bildirib.

Politoloq xatırladıb ki, bunun əsas sübutu Qazaxıstanın “qara qutular”ı oxumaq üçün onları qəzaya uğramış “Embraer” təyyarəsini istehsal edən Braziliyaya vermək qərarıdır. Səsyazılarının oxunmasında həm Azərbaycandan, həm də Rusiyadan nümayəndələr iştirak edir.