Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

"Bakı Metropoliteni": Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək

20 yan 2025, 13:10
"Bakı Metropoliteni": Platforma qapılarının tətbiqi imkanları öyrəniləcək

Bakı metrosunda platforma qapılarının tətbiqi imkanları öyrəniləcək.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirib.

"Bu qapılar sıxlığın daha çox olduğu stansiyalar üçün aktual sayılır. Lakin bu yaxınlarda sərnişini çox az olan “Ulduz” stansiyasında hadisə baş verdi. Deməli, sərnişin məsuliyyəti də çox vacibdir. Mən hətta deyərdim ki, həlledicidir. Ötən il qatar stansiyaya daxil olan zaman 3 dəfə sərnişinin stansiya yoluna düşmə hadisəsi baş verib. Əfsus ki, 2-si ölümlə nəticələnib. Bundan əlavə, 2 dəfə də sərnişinin ehtiyatsızlığı və yaxud məsuliyyətsizliyi xüsusi təhlükəli vəziyyət yaradıb. Ümumən, ötən il 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Bilirsiniz, İnzibati Xətalar Məsəlləsinin 306-cı maddəsi metroda qayda pozuntularını nəzərdə tutur. Yəni qaydalar, təhlükəsizlik tələblərinə əməl edilməsi vacibdir. Diqqətsizlik, ehtiyatsızlıq belə, sərnişinlərin həyatına son qoya bilər", - deyə o qeyd edib.