Son Xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə Gürcüstan və
Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli
2013-cü ildən indiyədək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO)
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək. Liderxeber.az
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan
İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.
Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
banner

ASCO-nun indiyədək istismara verdiyi gəmilərin sayı açıqlanıb

17 yan 2025, 15:45
ASCO-nun indiyədək istismara verdiyi gəmilərin sayı açıqlanıb

2013-cü ildən indiyədək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) 35 müasir gəmi istismara verib.

Liderxeber.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata əsasən, bunlardan 5-i tanker, 1-i “Aframax” tipli tanker, 8-i universal quru yük gəmisi, 2-si “Handysize” tipli quru yük gəmisi, 2-si “RoPax” tipli gəmi-bərə, 1-i təchizat-yedək, 7-si təchizat, 1-i liman-yedək, 3-ü sərnişin, 5-i kiçik su tutumlu yedək gəmisidir.

Qeyd edək ki, 2018-2023-cü illərdə ASCO-da iki Ro-Pax və 4 tanker olmaqla ümumilikdə 6 yeni tikili gəmi istismara qəbul edilib. 2022-2024-cü illərdə bir Ro-Pax, üç 8000-dedveyt kimyəvi tanker, üç sürətli sərnişin gəmisi, dörd dalğıc gəmisi və iki 9800-dedveyt quru yük gəmisi daxil olmaqla 13 yeni tikili üçün sifariş verilib. Bütün bu layihələr enerji səmərəliliyi, ətraf mühitə minimal təsir nəzərə alınmaqla dizayn edilib, 2-3 il ərzində təhvil verilməsi gözlənilir.