Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Əkinçilik ET İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

17 yan 2025, 14:25
Əkinçilik ET İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan yaddaşına əbədi həkk olmuş 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

Liderxeber.az xəbər verir ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun direktoru Faiq Xudayev Qanlı Yanvar həqiqətlərindən bəhs edərək diqqətə çatdırıb ki, 1990-cı ilin Yanvar ayında sovet kommunist rejiminin öz varlığını saxlamaq, xalqların və insanların azadlıq səsini susdurmaq planı baş tutmadı. Təcavüz öz məqsədinə nail ola bilmədi. 20 Yanvar Azərbaycan xalqının öz torpaqlarını qorumaq və azad etmək uğrunda hər cür fədakarlıqlara qadir olmaq, güclü və qüdrətli dövlət qura bilmək və yaşatmaq potensialını və haqqını ortaya qoydu. 

F.Xudayev vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, ölkəmiz daim inkişaf edəcək.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra institutun əməkdaşları Qanlı 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bildiriblər.