Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

16 yan 2025, 13:58
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik, şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamilə imtina olunaraq “rəqəmsal hökumət”ə keçid baş verəcək, böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimi innovasiyalar tətbiq olunacaq.

Liderxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.

Sənəddə deyilir ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini, vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Sənəd rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanıb. Məqsəd ölkə vətəndaşlarının rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməkdir. Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin, rəqəmsal texnologiyaların, xüsusən süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsas məqsədlərdən biri olaraq müəyyən edilib.

Rəqəmsal cəmiyyət üçün rəqəmsal savadlılıq artırılacaq, kibertəhlükəsizlik təmin ediləcək. İKT üzrə mütəxəssislərin hazırlanması, tədris proqramlarının
müasirləşdirilməsi və İKT üzrə işçilərin əməkhaqqı səviyyəsinin artırılması prioritet məsələlərdir.

Biznes prosesləri rəqəmsal platformalara keçid edəcək, dövlət-özəl tərəfdaşlığı genişləndiriləcək, IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlif sektorları rəqəmsallaşdırılacaq, startapların və innovativ ekosistemin inkişafına dəstək göstəriləcək.

Milli kibertəhlükəsizlik strategiyası çərçivəsində dövlətin, biznesin və fərdi məlumatların qorunması üçün qabaqlayıcı tədbirlər görüləcək, dövlət informasiya
sistemləri və ehtiyyatları müasir təhlükəsizlik standartlarına uyğun şəkildə inkişaf etdiriləcək.

“Hökumət buludu”, “açıq məlumatlar” və genişzolaqlı internet şəbəkələri genişləndiriləcək, 5G şəbəkələrinin qurulması və milli məlumat mərkəzlərinin inkişafı
həyata keçiriləcək.

Konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə prosesləri təkmilləşəcək, göstərilən dövlət xidmətləri rəqəmsal platformaya transformasiya ediləcək, formalaşan yeni texnoloji tələblər əsasında dəyişən iqtisadi fəaliyyətlərin çevik uyğunlaşması baş verəcək, insan və texnoloji kapitalın ölkə daxilində saxlanılması təmin ediləcək, eləcə də ölkənin dünya bazarlarında rəqabət qabiliyyəti artacaq.