Son Xəbərlər
Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında
Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter
Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi
İsrail Silahlı Qüvvələrinin Qəzza şəhərində yaşayış evlərinə endirdiyi
Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) yeni təyinat reallaşıb. Liderxeber.az
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf
Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin
Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə üstünlük
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfdaşları ilə birlikdə Qəzza zolağına
banner

Bakıda TDT-nin gömrük xidməti rəhbərlərinin iclası keçirilir

16 yan 2025, 10:22
Bakıda TDT-nin gömrük xidməti rəhbərlərinin iclası keçirilir

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilir.

Liderxeber.az xəbər verir ki, Azərbaycan,Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak edirlər.

Tədbirdə 9-cu iclasda qəbul edilən qərarlarının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılacaq.

Tədbir çərçivəsində TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış TDT Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində TDT-yə üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və TDT çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanacaq.