Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydaları təsdiqlənib

07 yan 2025, 17:12
Mərkəzi icra hakimiyyəti orqanlarının aldıqları qrantların reyestrinin aparılması qaydaları təsdiqlənib

Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları təsdiqlənib.

Liderxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

İqtisadiyyat Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Qaydaya əsasən, reyestrin formalaşdırılma məqsədi mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrant layihələri barədə məlumatların bir mənbədə toplanılmasını və sistemliliyini təmin etmək, hesabatlar hazırlamaq, eləcə də həmin məlumatların digər dövlət orqanları (qurumları) ilə mübadiləsinin səmərəliliyini artırmaqdır. Reyestr resipiyentlərin Azərbaycan Respublikasının adından və ya Nazirlər Kabinetinin adından aldıqları qrantlar barəsində formalaşdırılan məlumatlardan ibarət dövlət informasiya ehtiyatı, sahibi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən İqtisadiyyat Nazirliyi, operatoru sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə Reyestrin fəaliyyətinin həyata keçirilməsi üçün hüquq və vəzifələrini həvalə etdiyi qurum – “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətidir.