Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Jalə Muradova: Azərbaycan tarixində COP29 on minlərlə insanın rəsmi surətdə iştirak etdiyi yeganə tədbir oldu

07 yan 2025, 14:03
Jalə Muradova: Azərbaycan tarixində COP29 on minlərlə insanın rəsmi surətdə iştirak etdiyi yeganə tədbir oldu

Azərbaycan tarixində COP29 on minlərlə insanın rəsmi surətdə iştirak etdiyi yeganə tədbir oldu.

Liderxeber.az  xəbər verir ki, bunu müsahibəsində COP29 Azərbaycan Əməliyyat Şirkətində Könüllülərlə iş üzrə baş menecer Jalə Muradova deyib.

O qeyd edib ki, bu prosesdə könüllülərin səmərəli iş nümayiş etdirmələri üçün komandamız məsuliyyət daşıyırdı:

“Biz yaxşı başa düşürdük ki, könüllülərin seçim və təlim proseslərinə xüsusi diqqət yetirməliyik və könüllülərin seçiminə başlamamışdan əvvəl əməkdaşlarımızın təliminə xüsusi diqqət ayırdıq. Əməkdaşlarımızın tam hazırlığı təmin edildikdən sonra biz könüllülərin seçim prosesinə start verdik”.

J.Muradova bildirib ki, Azərbaycanda könüllülərin xüsusi seçim prosesi yalnız bizim komanda tərəfindən həyata keçirilir. Bu seçimi xüsusi edən amil isə müsahibə prosesində könüllülərin bacarıqlarını müəyyən edərək onları müvafiq departamentlərə təhkim etməkdən ibarətdir və COP29 əsnasında biz bu yanaşmanın effektivliyini bilavasitə könüllülərin işində görmək mümkün oldu.

“Bununla yanaşı, könüllülərin təlim prosesi irimiqyaslı və beynəlxalq bir tədbirin tələblərinə uyğun olaraq hazırlanmışdı. Belə ki, könüllülər ümumi və rol təlimləri ilə yanaşı, həm də liderlik, kommunikasiya bacarıqları, ekoloji və sosial dayanıqlılıq, eləcə də müyəssərlik kimi mövzuları ehtiva edən seminar və təlimlərdə iştirak edirdilər”, - o deyib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.