Son Xəbərlər
Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros
Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)
2024-cü ildə Azərbaycana 2 milyon 412 min 160 xarici vətəndaş və vətəndaşlığı
Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin tarixində ilk dəfə olaraq
"Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə
banner

Prezident: Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir

06 yan 2025, 13:35
Prezident: Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir

Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Liderxeber.az-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib:

"Cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".