M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı vakansiya elan edir.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərtac-a MDU-nun Bakı filialından məlumat verilib. Vakant olan vəzifələr haqqında məlumatı təqdim edirik:
Riyaziyyat, Filologiya, Fizika, Psixologiya fakültələri üzrə dekan müavinləri
İş barədə məlumat:
• Tədris-tərbiyə və elmi işlərin gedişinə rəhbərlik edir;
• Tədris prosesinə, tələbələrin ixtisas üzrə təcrübəsinə, tədrisin keyfiyyətinə nəzarət edir;
• Müəllimlərin tədris məşğələlərində iştirak edir və onlara metodiki kömək göstərir;
• Semestr imtahanlarının keçirilməsində iştirak edir;
• Fakültədə, kafedralarda tədris prosesi ilə bağlı işlərin təşkilini təmin edir;
• Tələbələrin tədris, tərbiyə və elmi fəaliyyətini istiqamətləndirir.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədlərə aid tələblər:
• Profilə uyğun baza təhsili;
• Elmi dərəcə və elmi ad;
• 3 il elmi-pedaqoji staj;
• MS Office (sərbəst işləmə bacarığı);
• Azərbaycan və rus dillərini bilməsi zəruridir.
Riyaziyyat, Fizika, İqtisadiyyat, Kimya fakültələri üzrə dispetçerlər
İş barədə məlumat:
• Ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;
• Hər bir fakültədə mühazirə, seminar, praktik (laborator) məşğələlər və imtahanlar üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində, imtahan günlərində nəzərə almaq;
• Tələbələrin davamiyyəti, semestr boyu qiymətləri və imtahan nəticələri barədə fakültə dekanını məlumatlandırmaq və tədris-metodiki şöbəyə məlumatları vermək;
İş qrafiki: 6 günlük
• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Namizədlərə aid tələblər:
• Ali təhsil (bakalavr və ya magistr)
• Yaş: 21 - 50
• MS Office (sərbəst işləmə bacarığı);
• Azərbaycan və rus dillərini bilməsi zəruridir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər Azərbaycan və ya rus dilində şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına yanvarın 30-dək göndərə bilərlər.