Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Naxçıvanda yerləşən hərbi hissələrə başçəkmələr həyata keçirilib

04 yan 2025, 12:44
Naxçıvanda yerləşən hərbi hissələrə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı ilə tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən DİN-in Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrinə başçəkmələr həyata keçirilib. 

Liderxeber.az xəbər verir ki, başçəkmələr zamanı qərargah, əsgər yataqxanası, məişət otağı, tibb hissəsi, yeməkxana və digər obyektlərə baxış keçirilib. Eyni zamanda, şəxsi heyətə Müvəkkilin səlahiyyətləri və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, Ombudsmana müraciət formaları və “916” Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib, müvafiq məlumat lövhələri şəxsi heyətə uyğun olan yerlərdə yerləşdirilməsi üçün hərbi hissələrin komandirlərinə təqdim olunub.

Başçəkmələr zamanı hərbi hissələrin şəxsi heyəti, o cümlədən hərbi hissədə işləyən mülki şəxslərlə görüşlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda, fərdi qaydada müraciət etmək istəyən hərbi qulluqçu və mülki şəxslər dinlənilib, müraciətləri qəbul edilib.

Hərbi xidmətin nizamnamələrə uyğun təşkilinin təmin edilməsinin gücləndirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikasında başçəkmə həyata keçirilmiş hərbi hissələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş xidməti mənzillərin, Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsində ailəli hərbi qulluqçuların övladları üçün nəzərdə tutulmuş uşaq bağçasının, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində şəxsi heyətin asudə vaxtlarını keçirməsi üçün mərkəzlərin olması, eyni zamanda, Naxçıvan Qarnizonunun tam orta məktəbinin olması, Naxçıvan MR-in Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində təlim məqsədli xüsusi maneələr zolağının yaradılması müsbət hal kimi qiymətləndirilib.