Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

29 dek 2024, 09:43
Bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

Sabah bələdiyyə seçkisi ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatır.

Liderxeber.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatmalıdır.

Beləliklə, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkisi ilə əlaqədar bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək müəyyən edilib.