Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Bu gün Azərbaycanda idman dövlət siyasətinin əsas istiqamətlərindın biridir

28 dek 2024, 08:28
Bu gün Azərbaycanda idman dövlət siyasətinin əsas istiqamətlərindın biridir

Ümummilli lideri Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, idmanın da inkişafına xüsusi diqqət göstərmiş, bu sahənin maddi-texniki bazasının yaradılması məqsədilə paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarında idman kompleksləri, stadionlar, məşq bazaları, idman məktəbləri, şahmat məktəblərinin yaradılmasına nail olmuşdur.

Lakin ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra məlum səriştəsiz siyasət bu səhənin belə demək olarsa məhv olmasına səbəb olmuşdur. 

Təsadüfi deyil ki, bütün sahələr kimi idmana olan ögey, laqeyd münasibət gənclərimizin qeyri-sağlam həyat tərzinə səbəb olmuşdur. Lakin Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bütün sahələrində olduğu kimi idman sahəsində də köklü dəyişikliklərə səbəb oldu. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycanda idman sahəsi 1997-ci ildən etibarən tamamilə yeni eraya, yeni mərhələyə qədəm qoydu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanının sabahına işıq saçdı. Cənab Prezidentin idman və bədən tərbiyəsinin inkişafı, tərəqqisi istiqamətində həyata keçirdiyi işlər, uzunmüddətli prespektivə hesablanmış layihələr ölkə idmanının bu günkü uğurlarını şərtləndirdi.

Demək olar ki, ölkəmizin hər bir guşəsində müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması  nəticə etibarilə Azərbaycan idmançılarının tarixi qələbələrinə rəvac verdi. Bu, həm də ölkəmizin dünyadakı idman imicinin yüksəlməsinə şərait yaratdı. Bu gün idmanın bütün sahələrində qazanılmış uğurlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda dövlət idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiq edir. Bu günlərdə Azərbaycanın idman ictimaiyyəti ilə görüşən Ali Baş Komandan ökə idmanının bu günki səviyyəsini çox uğurlu adlandırdı.

Təkcə 2024-cü ildə bütün beynəlxalq yarışlarda idmançılarımızın 1700-dən çox medal qazanmaları dediklərimizin bariz göstəricisidir. Qürurvericidir ki, bütün sahələrdə olduğu kimi idmançılarımız da bu gün ölkəmizin idman şərəfini uca tutur, növündən, statusundan asılı olmayaraq Azərbaycanın üçrəngli bayrağını ucalarda dalğalandıraraq, dövlət himnimizi səsləndirirlər. 

Ceyhun Fərəcov;
Neftçala rayon sakini